DSX: Xidmət zamanı fövqəladə hal yaranarsa, zəruri koordinasiya tədbirləri həyata keçirilir - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısından bəhrələnən, Vətənimiz Azərbaycana xidmət etmək qürurunun daşıyıcısı olan sərhədçilər çətin relyefə malik ərazilərdə sərt iqlim şəraitində xidməti vəzifələrini şərəflə yerinə yetirir, dövlət sərhədlərimizin mühafizəsi üzrə qarşıya qoyulmuş tapşırıqları yüksək səviyyədə icra edirlər.

Bu barədə NUHÇIXAN-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nin struktur qurumlarında və hərbi hissələrində sərhəd bölmələri arasında fasiləsiz əlaqə saxlanılır, məlumat mübadiləsi aparılır. Xidmət zamanı hər hansı fövqəladə hal yaranarsa, operativ qarşısının alınması məqsədilə ehtiyat qüvvə və vasitələr hazır vəziyyətdə saxlanılır, zəruri koordinasiya tədbirləri həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: