Ukraynadakı diaspor rəhbəri: "Naxçıvanı hər kəs gəlib görməlidir" - VİDEO
Muxtar respublikaya səfər edən ziyalılar diyarımızdan zəngin təəssüratlarla ayrılırlar. Bu dəfə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev Vilayəti üzrə sədri Yunus Alıyev Naxçıvana öz vurğunluğunu gizlədə bilməyib. Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, Regionda Media və Cəmiyyət MMC-nin sədri, Diaspor.info saytının təsisçisi və baş redaktoru, MDB ölkələri arasında diaspor təşkilatlarının fəaliyyətinin monitorinqini aparan Əlmaniz Ələkbərli ilə birlikdə Naxçıvanda səfərdə olan Yunus Alıyev dünyada və ölkəmizdə yaşayan hər bir azərbaycanlının Naxçıvanı mütləq ziyarət etməli və görməli olduğunu deyib.
Hər iki ziyalı öz təəssüratlarını Naxçıvan televiziyasının əməkdaşları ilə bölüşüblər.
NUHÇIXAN həmin müsahibəni təqdim edir: