Naxçıvanda 21 aztəminatlı ailə özünüməşğulluq üzrə Dövlət Proqramına cəlb edilib

A- A A+

Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına kömək göstərilməsi məqsədilə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonları üzrə, ümumilikdə, 21 aztəminatlı ailə müəyyənləşdirilərək özünüməşğulluq üzrə Dövlət Proqramına cəlb edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.

Culfa rayon Yaycı kənd sakini Hüseyn Mustafayev və Sədərək rayon Qaraağac kənd sakini İlqar Qaybalıyev göstərilən qayğıya görə minnətdarlıqlarını bildirib, ailə təsərrüfatından səmərəli yararlanacaqlarını diqqətə çatdırıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: