Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.
Məhkəmənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 74.3-cü və 522.6-cı maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 24-nə təyin olunmuş iclasında baxılacaq.
