Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 68 yaşlı Rüstəm Quluzadə saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ondan ümumi çəkisi 7 kiloqrama yaxın olan narkotik vasitə həşiş, heroin və marixuana aşkarlanıb.
Rüstəm Quluzadə şəxsiyyəti istintaqla araşdırılan əcnəbi vətəndaş tərəfindən narkokuryerliyə cəlb edildiyini və narkotik vasitələri Gəncə şəhərinə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
