Zəncəfil miqrenə qarşı təbii vasitədir

A- A A+

Zəncəfil ürək bulanması kimi müxtəlif miqren simptomlarının qarşısını almağa malik olan iltihabəleyhinə təsirli vasitədir. Zəncəfilin tərkibindəki komponentlər iltihab əmələ gətirən prostaqlandinlər sintezini yox edir, bu isə başağrılarının azalmasına şərait yaradır.

Zəncəfil, həmçinin həzmi stimullaşdırır və miqren tutmaları olan insanlarda tez-tez müşahidə edilən öyümələri aradan qaldırır. Çoxsaylı tədqiqatlar nəticəsində məlum olub ki, hər gün quru halda 500-600 milliqramadək zəncəfilin qəbulu başağrılarının müxtəlif əlamətlərini müalicə etməyə imkan verir.

NUHÇIXAN xəbər verir ki, “Journal of Phytotherapy Research” jurnalında dərc edilmiş tədqiqatın nəticələrinə görə, zəncəfil miqren zamanı ağrıları azaldır. Ekspertlərin məsləhət verdikləri miqdarda zəncəfili qəbul etmək təhlükəsizdir və o, bir çox miqren xəstələrinə gözlədikləri rahatlığı gətirir.

Zəncəfildən istifadə hamilələrə və qan laxtalanması pozuntusundan, həmçinin öd kisəsində daşdan əziyyət çəkən insanlara məsləhət görülmür. Hər hansı halda zəncəfilin köməyi ilə müalicəni həkimlə məsləhətləşmək daha düzgündür.

Bir kiçik hissə zəncəfil götürüb, qabığını təmizləyərək yuyun. Sonra kiçik dilimlərə bölün, bir neçə dəqiqəlik qaynar suya qoyun. Daha sonra alınan məhlulu tənzifdən süzərək için. Zövqə görə bal da əlavə etmək olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: