Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
NUHÇIXAN xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
10:36
Bakıda liseydə şagird müəllimini güllələyib.
NUHÇIXAN xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib.
Məlumata görə, 10-cu sinif şagirdi müəllimini odlu silahla güllələyib.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
