Ötən gün 77 cinayətin açılması təmin edilib

A- A A+

Fevralın 5-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs qismində axtarışda olan 100, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 və dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 31 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 28 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 2 qumbara, 21 tüfəng, 5 patron darağı, 1168 ədəd müxtəlif çaplı patron və 10 mərmi aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: