Əcnəbi turizm portalları izləyicilərini Naxçıvana səyahətə dəvət edir - FOTOLAR

A- A A+

Azərbaycana səyahət edən əcnəbi səyyahlar Naxçıvanı görəndən sonra nəinki özləri yenidən bura gəlmək istəyir, hətta sosial şəbəkələrdə və turizm portallarında  hamını bu möcüzəli gözəlliyi və tarixi abidələri ilə fərqlənən yerə getməyə çağırırlar.

NUHÇIXAN xəbər verir ki, Böyük Britaniyanın vanderlast.co.uk turizm jurnalı “Azərbaycanın 6 sirri: Bakıdan başqa gediləcək ən maraqlı yerlər” adlı yazıda ölkəmizin səyahət üçün ən yaxşı yerlərindən biri olaraq Naxçıvanı da öz oxucularına tövsiyə edir. Yazıda bildirilir ki,  Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri 1186-cı ildə inşa edilən Möminə Xatın türbəsi ilə məşhurdur. Bura həm də astma xəstəliyinin müalicəsi aparılan duz mağaraları ilə tanınır. Azərbaycanın Maçi Piççusu olan Əlincəqala, adı müqəddəs kitablarda çəkilən Nuh peyğəmbərin Dünya tufanından sonra gəmisinin çıxdığı yer də Naxçıvandır. Bunu  görmək üçün jurnal Nuh peyğəmbərin  məzarüstü türbəsini ziyarət etməyi məsləhət görür.

Bundan başqa againstthecompass.com səyahət portalında da Azərbaycanın turizm ərazisi kimi Naxçıvan təqdim edilir. Məqalənin müəllifi bir dəfə Naxçıvana gəldiyi və Azərbaycana  gedən hər kəsə mütləq buraya səyahət etməli olduğunu tövsiyə edir. “Naxçıvan haqqında heç eşitmisinizmi?”–deyə oxuculara müraciət edir. Sonra isə onun Azərbaycana bağlı bir anklav, hətta ilk dəfə SSRİ-nin tərkibindən çıxdığını elan edən özünün Parlamenti və Nazirlər Kabineti olan muxtar respublika olduğunu qeyd edir. “Buranın mədəniyyəti tamamilə fərqlidir. Mən indiyədək ziyarət etdiyim ən çox ziyarət edilən yerdir Naxçıvan. Əgər doğrusunu bilmək istəyirsinizsə, sizin yerinizdə olsam Azərbaycana gedəndə 7 günüm olsa belə mütləq Naxçıvana gedərdim. Naxçıvanda görüləcək çox yerlər-Nuhun dəfn edildiyi Naxçıvan şəhəri, Orta əsrlərə məxsus Əlincə qalası, Ordubad şəhəri, gözəl türbə olan “Qarabağlar”ı görməyə dəyər”.

Yazılarda Naxçıvanın sadalanan yerləri ilə bağlı fotolar da yer alıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: