Şərur rayonunun Kərimbəyli kəndində maarifləndirici tədbir keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, ictimaiyyət nümayəndələrinin, ictimai şura üzvlərinin iştirakı ilə növbəti maarifləndirici tədbir Şərur rayonunun Kərimbəyli kəndində keçirilib.

Rayon polis şöbəsinin rəisi, polis mayoru Nəriman İbrahimov bildirib ki, belə tədbirlərin mütəmadi olaraq keçirilməsində məqsəd sakinləri torpaqlardan səmərəli istifadəyə dair maarifləndirməkdir.

Diqqətə çatdırılıb ki, Şərur rayonunda 84 ailə təsərrüfatı fəaliyyət göstərir. Onlar bu sahənin inkişafı üçün hərtərəfli dövlət dəstəyi ilə əhatə olunublar.  2019-cu ilin muxtar respublikada ailə təsərrüfatları ili elan olunması rayonun torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb.

İctimai şuranın sədri Xurrəm Həsənov bu istiqamətdə görülən işlər barədə danışıb.

Tədbirdə həmçinin rayon polis şöbəsinin əməkdaşı Vüsal Quliyev kənd sakinlərini maraqlandıran daha bir məsələ, Naxçıvan Orta İxtisas Polis Məktəbi və Azərbaycan Respublikası Xüsusi Təyinatlı Polis Akademiyasına qəbul qaydaları və tədrisin təşkili barədə məlumat verib. Qeyd edilib ki, qəbul qaydaları ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin internet saytından ətraflı şəkildə məlumat almaq mümkündür.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: