Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq ediləcək

A- A A+

Özbəkistanda qida təhlükəsizliyi sahəsində yaradılacaq yeni dövlət qurumunda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcrübəsi geniş istifadə olunacaq. Bu məqsədlə fevralın 9-da AQTA nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri başlayıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a bildirilib ki, səfərin ilk günü keçirilən görüşdə ölkəmizdə qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sistemi, qida təhlükəsizliyinə risk əsaslı yanaşma metodları, hüquqi bazasının yaradılması, böhran vəziyyətlərində idarəetmə mexanizmlərinin formalaşdırılması və sürətli xəbərdarlıq sistemlərinin əhəmiyyəti, yoxlama-nəzarət tədbirləri, idxal-ixrac prosedurları və digər məsələlər müzakirə olunub.

Qeyd edilib ki, Azərbaycanda tətbiq olunan dövlət idarəetmə modelləri yüksək qiymətləndirilir. O cümlədən qida təhlükəsizliyi sahəsində ölkəmizin əldə etdiyi təcrübəyə böyük maraq göstərilir.

Azərbaycan nümayəndə heyətinin Özbəkistanda digər görüşlərinin və təqdimatlarının keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: