Nazir müavini: Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq

A- A A+

Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq.

NUHÇIXAN xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev fevralın 10-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir:

"Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir".

Nazir müavini həmçinin bildirib ki, artımlar avtomatik qaydada olacaq:

"Pensiyaçının hər hansı sənəd hazırlamasına, hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: