Daimi nümayəndəlikdə görüş keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın "Total eren" şirkətinin Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Pablo Boke və Fransa-Rusiya Sənaye və Ticarət Palatasının Baş direktor müavini Nikolas Ducretlə görüşüb.
Görüşdə Naxçıvan Muxtar Respublikasında yaradılmış əlverişli investisiya mühiti, burada həyata keçirilmiş və həyata keçirilməkdə olan böyük enerji layihələri və digər əməkdaşlıq əlaqələri müzakirə edilib.