2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərən oğullarımızın şücaəti bir dastandır. Onların bir anda Vətən deyib atıldığı döyüşdən bizə qalan Qələbə sevinci hər birimizin ürəyini dağa döndərir. Ona görə də bütün şəhidlər bizim and və qürur yerimizdir!!! Bu şeiri üç şəhid oğulun timsalında bütün şəhidlərimizə ithaf edirəm!
Bir zamanlar körpə bir oğuldunuz,
Torpağın oğlu tək siz doğuldunuz.
Vətən, Torpaq! -deyə, şəhid oldunuz.
Doğma, əziz balam, ər oğlum mənim,
Qabilim, Rasimim, Toğrulum mənim!
Siz döndünüz sipərinə Vətənin,
Qeyrətinə, təpərinə Vətənin,
Sığındınız sinəsinə Vətənin,
Üç igid dastanım, nağılım mənim,
Qabilim, Rasimim, Toğrulum mənim!
Leytenat, kapitan, mayor- rütbəniz,
Ən uca adınız- şəhid zirvəniz !
Olmusuz bu xalqa əzizdən əziz,
Qəhrəman, hünərvər, nər oğlum mənim,
Qabilim, Rasimim, Togrulum mənim!
Atasına layiq kiçik Qabilim,
Fəxr edir Rasimlə Aysu, Asimim,
Toğrulum igiddi, daha nə deyim?
Hər üçü qəhrəman oğulum mənim,
Qabilim, Rasimim, Toğrulum mənim!
Sizlər qürur yerim, adım-sanımsız,
Bu torpaq uğurunda axan qanımsız,
Ölməzliyə əbədi ünvanımsız,
Laylan "Cəngi" oldu, nər oğlum mənim,
Qabilim, Rasimim, Togrulum mənim!
Təranə Əliyeva