“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda növbəti müsabiqə elan olunur

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VI muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan edilir. Müsabiqə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təşkil olunub.

Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında ailə dəyərlərini təbliğ etmək, gənclərin ideya və təxəyyülündə Azərbaycan ailəsini canlandırmaq və ailədaxili münasibətləri möhkəmləndirmək, gənc ailələrdə ailə dəyərlərinin və ənənələrinin saxlanılmasını formalaşdırmaqdır.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Times New Roman şriftində(14), rəsm əsərləri A4 (21x30sm) və daha böyük ölçülərdə olmalıdır.

Eyni zamanda təqdim edilən dekorativ tətbiqi sənət və rəsm əsərləri müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.
Müsabiqəyə təqdim edilmiş yazı mətni, dekorativ tətbiqi sənət və rəsm əsərlərinin qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxs yazı mətnini, dekorativ tətbiqi sənət və ya rəsm əsərini müvafiq anket ilə birlikdə 2019-cu il may ayının 10-dək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməlidir.
Ünvan: Naxçıvan şəhəri, H. Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

 

Əlaqələndirici şəxs: Tarverdi Məmmədov
Tel: 545-39-75

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: