Bağlara mövsümi aqrotexniki qulluq necə göstərilməlidir? - FOTOLAR

A- A A+

Muxtar respublikada üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılması məqsədi ilə yeni üzüm bağları salınıb. Bəs bu bağlara mövsümi aqrotexniki qulluq necə göstərilməlidir? NUHÇIXAN xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri “Araz” Elm İstehsalat Birliyinin sahəsində sınaq məqsədi ilə əkilən üzüm bağında olublar.

Qeyd edək ki, “Araz” Elm İstehsalat Birliyinin Nehrəm sort sınaq məntəqəsinin 1,5 hektar sahəsində məhsuldar Təbrizi, Bənəniyar, Əlincə, Naxçıvan muskatı və Xəlili üzüm sortlarından istifadə olunub.

Ərazidə olan Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov üzüm kollarının budanması və düzgün aqrotexniki qulluq qaydaları haqqında ətraflı məlumat verib. Bildirib ki, torpaq mülkiyyətçiləri əlverişli keçən hava şəraitindən səmərəli istifadə edərək budama işlərini vaxtında və düzgün aparsalar yüksək və keyfiyyətli məhsul əldə edə bilərlər.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Valeh Mehdiyev isə üzümçülükdə müasir kənd təsərrüfatı texnikalarının rolu haqqında məlumat verib.

Qeyd edək ki, müxtəlif üzüm sortlarının muxtar respublika şəraitinə uyğunlaşdırılmasında məqsəd əhalinin keyfiyyətli və daimi üzüm məhsulu ilə təmin etməkdir.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: