“Büdcə təşkilatlarında kargüzarlıq işinin aparılması qaydaları” mövzusunda təlim keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə  Maliyyə Tədris Mərkəzinin tədris zalında “Büdcə təşkilatlarında kargüzarlıq işinin aparılması qaydaları” mövzusunda təlim keçirilib.Təlimə Mədəniyyət Nazirliyi sistemində bu sahə üzrə fəaliyyət göstərən14 mütəxəssis cəlb edilib.

3 saatlıq keçirilən təlimin əsas məqsədi muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında kargüzarlığın qanunvericiliyin tələblərinə uyğun qurulması, onun vahid sistemə və formaya salınması, kargüzarlığın aparılması işinin daha da təkmilləşdirilməsidir.

Tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin aktuallığı və mahiyyəti barədə danışıb.

Sonra təlimçi-ekspert qismində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Həsən İsmayılov kargüzarlığın qanunvericiliyə uyğun təşkili ilə bağlı elektron materiallar əsasında çıxış edib.  Sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və əlavələr edilməsi üçün ümumi tələbləri diqqətə çatdırıb.

Sonda dinləyicilərimaraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: