Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, iclasda lisenziya üçün müraciətlərə baxılıb.
Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura “Kinobox” MMC-yə sifarişli yayım xidməti provayderi lisenziyasının (xidmət adı: “Kinobox” olmaqla) verilməsi haqqında qərar qəbul edib.
İclasda, həmçinin “Mahnı” MMC-nin lisenziya alınması üçün müraciəti müzakirə olunub. Ərizəçinin sənədlərinə, iqtisadi əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: “Mahnı TV” olmaqla) lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.
İclasın sonunda “Aznet Technologies” QSC-nin təşkilati-hüquqi formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı müraciətə əsasən “Aznet” və “Araznet” operator xidmətləri üçün verilmiş lisenziyaların “Aznet Technologies” MMC-nin adına yenidən rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.
