Ədliyyə Nazirliyi ötən il mindən çox normativ-hüquqi akt layihəsi hazırlayıb

A- A A+

Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə 2025-ci il ərzində Ədliyyə Nazirliyi tərəfindən 1136 normativ-hüquqi akt layihəsi hazırlanıb. Həmçinin müvafiq dövlət orqanları tərəfindən nazirliyə təqdim edilmiş 3135 hüquqi akt layihəsinə hüquqi rəy verilib.

Bu barədə NUHÇIXAN-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən il ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunan 780-dən çox akt qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi hüquqi ekspertizadan keçirilib, ümumilikdə 2489 sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Hesabat dövründə milli qanunvericiliyin elektron bazası – e-qanun.az saytı da mütəmadi olaraq yenilənib, sayta 5,8 milyondan artıq giriş, 28,7 milyona yaxın baxış qeydə alınıb.

Bununla yanaşı, Ədliyyə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində istifadəyə verilmiş, Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış aparmağa imkan verən süni intellekt əsaslı və milli hüquqi bazaya əsaslanan e-qanun.ai platformasında 4 ay ərzində 675 minə yaxın sorğu emal edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: