Ötən il Dövlət Xidmətinin “Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin sayı açıqlanıb

A- A A+

Ötən il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov tərəfindən Bakı şəhəri ilə yanaşı Sumqayıt, Şirvan, Lənkəran, Sabirabad, Tərtər, Tovuz, Göygöl, Qax, Ağsu, Naxçıvan, Mingəçevir və Xaçmaz şəhərlərində Xidmətin səlahiyyətinə aid müraciətlərin dinlənilməsi, müvafiq problemlərin həlli məqsədilə vətəndaş qəbulu keçirilib.

NUHÇIXAN xəbər verir ki, 44 şəhid ailəsi, 72 müharibə veteranı olmaqla Xidmətin Aparatında 103, respublikanın bölgələrində 298 vətəndaş qəbul edilib. Həmçinin vətəndaşların müraciətlərinin çevik, obyektiv araşdırılması və cavablandırılması məqsədi ilə yaradılan “Çağrı Mərkəzi”nə ötən il ərzində 25 mindən artıq müraciət daxil olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: