“Şəhidlər ölməz, Vətən bölünməz” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Babək rayon Cəhri kənd 1 nömrəli tam orta məktəbində “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məktəbin tarix müəllimi Farizə Novruzova, aprel şəhidi Rasim Məmmədovun müəllimi Əli Həsənov, sinif yoldaşı Sevil Qurbanova və digərləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər xalqımızın şanlı qəhrəmanlıq səhifəsi olan aprel döyüşlərindən və uğurlu Günnüt əməliyyatından söhbət açıblar.

Oğlu ilə qürur duyduğunu deyən şəhidin anası Nazilə Məmmədova övladının vətənpərvərliyindən danışıb və tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbirdə şəhidin oğlu Asim Məmmədov və qardaşı Şahin Məmmədov da çıxış ediblər.

Sonda məktəb şagirdləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Şəhid Rasim Məmmədov haqqında hazırlanan videoçarxa baxış olub.

                                                             Vüsal Muradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: