Muxtar respublikanın sahibkarları Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunda iştirak edib

A- A A+

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib.

Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə keçirilən Forumda hər iki ölkənin kənd təsərrüfatı, ticarət, avtomobil sənayesi, neft-qaz və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, layihələrin və təşəbbüslərin həyata keçirilməsi müzakirə edilib, bir sıra mühüm sənədlər imzalanıb.

Foruma ticarət əlaqələrinin inkişafında və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində maraqlı olan muxtar respublika sahibkarları da qatılıb.

Tədbirdə muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Badamlı Mineral Sular” MMC-nin, “Ləzzət Qida Sənaye” MMC-nin, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin və “Dekor Qrup” MMC-nin nümayəndələri iştirak ediblər.

Forum çərçivəsində keçirilən ikili görüşlərdə  “Dekor Qrup” MMC-nin nümayəndəsi  Rusiya Federasiyasının “OOO Агролес” şirkətinin rəsmiləri ilə ağac emalı materiallarının idxalına dair fikir mübadiləsi aparılıb.

Forum öz işini "Rəqəmsal texnologiyalar", "Neft maşınqayırması" və "Kənd təsərrüfatı maşınqayırması" mövzularında sessiyalarla davam etdirib.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: