“Naxçıvan” Universitetinin əməkdaşları Ukraynada beynəlxalq təlimdə iştirak edir - FOTOLAR

A- A A+

Avropa Birliyi tərəfindən maliyyələşdirilən AESOP Erasmus-Plus layihəsinin növbəti təlimi Kiyev İqtisad Universitetinin təşkilatçılığı ilə Ukraynanın Kiyev şəhərində təşkil edilib.

NUHÇIXAN xəbər verir ki, 3 gün davam edəcək təlimin birinci günüdə universitetin rektoru DmyhoLukianenko iştirakçıları salamlayıb və universitetin fəaliyyəti haqqında məlumat verib.

Sonra Ukrayna təhsil və elm nazirinin müavini Roman Graba Ukrayna Respublikasının təhsil sistemi haqqında məlumat verib.

Təlimin ikinci günündə Avropa Tələbə Ombudsman Ofisinin rəhbəri Josef Zeidenfast “Tələbələrin üzləşdiyi problemlər və onların həlli” mövzusunda çıxış edib.

Daha sonra tərəfdaş universitetlər layihə çərçivəsində son illərdə gördükləri işlər barəsində məlumat veriblər.

“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli layihənin icrası barəsində illik hesabat təqdim edib və verilən sualları cavablandırıb.

Qeyd edək ki, 6 aprel 2019-cu il tarixində yekunlaşacaq təlimdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və universitetin müəllimi Şamil Hümbətov təmsil edir.

 

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: