Babək rayonunda yazıçı və şairlərin görüşü keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada yaşayıb­-­yaradan yazıçı və şairlərin Babək rayon ictimaiyyəti ilə görüşü olub.

Rayon icra hakimiyyətinin əməkdaşı Hacı Hacıyev tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev bildirib ki, belə görüşlərin mütəmadi olaraq keçirilməsinin məqsədi son illərdə dəyərli ədəbi nümunələr yaradan qələm sahiblərinin fəaliyyəti barədə danışmaq, eləcə də onların işıq üzü görən kitablarını ictimaiyyətə təqdim etməkdir.

Həmçinin şairlərdən Həsənalı Eyvazlı, Əbülfəz Ülvi, Ələsgər Nehrəmli və digərləri yeni şeirlərini söyləyiblər.

Qələm sahibləri sonda bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə oxunması zəruri olan kitabların siyahısının təsdiq edilməsi bir daha mütaliənin əhəmiyyətini ortaya qoyur. Qeyd olunub ki, həmin siyahıya daxil edilən kitablar gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi rol oynayır.

 

 Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: