Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 17-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri qeyd edib ki, qanun layihəsinə əsasən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa təklif edilən dəyişikliklə həm Ali Məclis deputatlarının fəaliyyətinin təkmilləşdirilməsi, həm də qanunun müvafiq Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması hədəflənir.

İclasda layihə haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verib. 

Gündəlikdə duran məsələ ilə bağlı müzakirələr aparıldıqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: