“Pakistan ASAN xidmət” mərkəzinə 15 mindən çox müraciət daxil olub

A- A A+

“Pakistan ASAN xidmət” mərkəzinə bu günədək 15 mindən çox müraciət daxil olub.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 14-də Pakistanın İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin açılış mərasimi keçirilib. Mərkəzdə ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət həyata keçirilir. Burada “ASAN xidmət” standartları, ASAN könüllülük proqramı və ASAN-ın innovativ həlləri tətbiq edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: