Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlanması ilə əlaqədar iclas keçirilib - FOTOLAR

A- A A+

Fevralın 17-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayı ilə əlaqədar iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi və Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb.

QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək mübarək Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib, Qurani-Kərimin “Bəqərə” surəsinin 183-cü ayəsini xatırladaraq orucun mənəvi mahiyyətindən danışıb. Çıxışında süni intellekt məsələsinə də toxunan Allahşükür Paşazadə din xadimlərini bu sahədə maarifləndirmə işində fəal olmağa çağırıb, texnologiyadan etik çərçivədə istifadənin vacibliyini vurğulayıb.

İclasda Qazılar Şurasının Ramazan ayı ilə bağlı hazırladığı fətva da səsləndirilib. Orucluğun qaydaları, vaxtları və digər dini məsələlər öz əksini tapıb. Fətva səsə qoyularaq Şura üzvləri tərəfindən qəbul edilib.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin yenilənmiş loqosu təsdiq edilib.

Tədbirdə gündəlikdə duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, din xadimlərini maraqlandıran aktual mövzular müzakirə olunub və müvafiq tövsiyələr verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: