Yeni lizinqə verilmiş texnika və texnoloji avadanlıqlar təqdim edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yeni lizinqə verilmiş texnika və texnoloji avadanlıqların təqdimatı olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev bildirib ki, muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnikaların tətbiqi davam etdirilir. Bu məqsədlə ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2667 kənd təsərrüfatı texnikası alınıb. Alınmış texnikaların 2086-sı lizinq qaydasında mülkiyyətçilərə verilib.
Qeyd edib ki, cəmiyyətin fəaliyyəti dövründə lizinqə verilmiş 2086 texnikaya görə 7 milyon 370 min manat güzəşt tətbiq edilib, 314 texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 207 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub.
2019-cu ildə sahibkarların sifariş və tələbatları əsasında 6 milyon 89 min manat dəyərində 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib.
Keçirilən tədbirdə 55 sahibkara 75 ədəd yeni texnika və texnoloji avadanlıq verilib.
Əbülfəz Dünyamalıyev