Azərbaycanda ötən il dövlət xətti ilə 10 minə yaxın elektron satınalma olub

A- A A+

2025-ci ildə Azərbaycanda dövlət xətti ilə ümumi dəyəri 4,9 milyard manat olan 9 965 elektron satınalma həyata keçirilib.

NUHÇIXAN bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar, 2024-cü illə müqayisədə müvafiq olaraq 11,4 % və 1,8 % çoxdur.

Ötən il açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı açıq tender metodu üzrə 3,7, kotirovka sorğusu metodu üzrə 3,4 olmaqla, ümumilikdə 3,5 təşkil edib. Əvvəlki ilə nisbətən dövlət satınalmalarında orta iştirakçı sayı 2,9 % artıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: