Daha bir uşaq distant tədrisə cəlb edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil və Rabitə və Yeni Texnologiyalar Nazirliklərinin birgə təşkilatçılığı ilə Sədərək rayonundan sağlamlıq imkanları məhdud uşaq distant tədrisə cəlb edilib.

Bu məqsədlə, onun yaşadığı mənzilə rabitə və internet xətləri çəkilib, müvafiq texniki avadanlıqlar quraşdırılıb. Bununla yanaşı, sağlamlıq imkanları məhdud Nurgül Quliyeva zəruri dərs ləvazimatları, tədris vəsaitləri, məktəbli geyimi ilə təmin olunub, ona tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib. Bununla da, muxtar respublikada distant tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların sayı 24-ə çatıb.

Nurgül Quliyevanın valideynləri yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Nurgül Quliyevanın ölkə xaricində tibbi müayinəsi təşkil olunub. Həmçinin, Naxçıvan Uşaq Bərpa Mərkəzində də mütəmadi olaraq fizioterapiya müalicəsi davam etdirilir. Bununla yanaşı, sözügedən ailənin aztəminatlı olması nəzərə alınaraq, ötən il  Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq üzrə dövlət proqramına da cəlb edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: