Elvin Hüseynov: Bu il "YAŞAT" Fondu tərəfindən 4 layihə həyata keçirilib

A- A A+

Yaşat Fondu müxtəlif sosial layihələr həyata keçirir. “Qış düşərgəsi” də həmin sosial layihələrdən biridir. Artıq ikinci dəfədir ki, Naxçıvan Muxtar Respublikasında, Ağbulaq İstirahət Mərkəzində qış idman növlərinə marağı olan şəhid övladları ilə bir araya gəlmişik.

Bu sözləri NUHÇIXAN-a müsahibəsində Yaşat Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O qeyd edib ki, uşaqlar burada xizək sürməyi öyrənir, idman bacarıqlarını inkişaf etdirir, yeni dostluqlar qazanır və asudə vaxtlarını səmərəli şəkildə keçirirlər: "Biz hesab edirik ki, bu cür layihələr davamlı olmalıdır. Çünki sosial təşəbbüslər insanların sosiallaşmasına, dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir".

"Layihələrdən söz düşmüşkən, Yaşat Fondu 2026-cı ilin hələ başlanğıcı olmasına baxmayaraq, artıq sayca dördüncü layihəsini uğurla həyata keçirib. İnanırıq ki, bundan sonra da bu kimi sosial layihələr ardıcıl şəkildə davam etdiriləcək"- deyə Elvin Hüseynov əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: