Şəhid övladı: "Qış düşərgəsi" həm əyləncəli, həm də maraqlı keçir

A- A A+

Naxçıvanda təşkil olunan "Qış düşərgəsi" həm əyləncəli, həm də maraqlı keçir.

Bunu NUHÇIXAN-a açıqlamasında Naxçıvan "Ağbulaq" İstirahət Mərkəzində şəhid övladları üçün keçirilən "Qış düşərgəsi"nin iştirakçısı Anar Orucov deyib.

O, düşərgədə ilk dəfə xizək sürməyi öyrəndiyini, ən əsası isə həm yeni dostlar qazandığını vurğulayıb:

"YAŞAT" Fondu tərəfindən təşkil olunan qış düşərgəsində iştirak etmək xoşdur, buranı çox bəyəndim. Həm əyləncəli, həm də maraqlı keçir. Ümumiyyətlə, bu tip düşərgələrdə bir neçə dəfə iştirak etmişəm. Layihə müddətində yeni dostlar qazanmışam, maraqlı və yaddaqalan anlar yaşamışam".

Qeyd edək ki, A.Orucov şəhid kapitan Mühüd Orucovun oğludur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: