Naxçıvanda keçirilən yay və qış düşərgələrində indiyədək 500-dən çox şəhid övladı iştirak edib

A- A A+

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən şəhid ailələrinin övladları üçün mütəmadi şəkildə düşərgələrin və müxtəlif sosial layihələrin həyata keçirilməsinə dəstək göstəririlir. Ötən dövrdə, ümumilikdə, 500-dən çox şəhid övladının Ağbulaq İstirahət Mərkəzində həm yay, həm də qış düşərgəsi həyata keçirilib. Yaşat Fondu ilə birgə tərəfdaşlıq çərçivəsində isə 111 şəhid övladının düşərgələrdə iştirakları təmin olunub. Bu təşəbbüslərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların sosiallaşması və inkişafına töhfə verməkdir.

Bu sözləri NUHÇIXAN-a müsahibəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev deyib.

O qeyd edib ki, bu gün YAŞAT Fondu ilə birgə əməkdaşlıq çərçivəsində Ağbulaq İstirahət Mərkəzində şəhidlərin övladları üçün növbəti qış düşərgəsi təşkil edilib: "Dörd gün davam edəcək və 36 iştirakçının qatıldığı düşərgənin əsas məqsədi uşaqlarda qış idman növlərinə maraq oyatmaq, onların sosial bacarıqlarını inkişaf etdirmək və yeni dostluqlar üçün əlverişli mühit yaratmaqdır. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası olaraq bundan sonra da şəhid ailələrinin övladlarına yönəlmiş bu kimi sosial əhəmiyyətli layihələrə dəstəyimizi davam etdirəcəyik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: