Cari ilin yanvar ayında Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən istifadəçilərə təqdim edilən elektron xidmətlər üzrə 36 min 376 müraciət daxil olub.
Bu barədə NUHÇIXAN-a DMX-dən məlumat verilib.
“Dövlət Miqrasiya Xidmətinə göndərilmiş müraciətlərin izlənməsi ilə 15 min 941, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə 10 min 686, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədən gedişinə və ölkəyə gəlişinə tətbiq edilmiş məhdudiyyətin yoxlanılması ilə 7405, olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı məlumatların yoxlanılması ilə 885, miqrasiya sahəsi ilə bağlı elektron arayışların verilməsi ilə 55, Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə 555, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı isə 252 müraciət daxil olub. Digər müraciətlərin sayı isə 99 olub”, - deyə məlumatda bildirilib.
