Naxçıvanda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Baş Gömrük İdarəsinin Rəşmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” mövzusunda görüş keçirilib.

Görüşdə malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsi və ləğvi, hüquqların və öhdəliklərin digər şəxslərə ötürülməsi, bu prosedur altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarətinin aparılması ilə bağlı ətraflı məlumat verilib.

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: