İtkin şəhid Mehriban Qarayeva Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb

A- A A+

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mehriban Arif qızı Qarayevanın nəşinin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

NUHÇIXAN xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Mehriban Qarayevanın nəşinin qalıqları hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə dəfn olunub.

Qeyd edək ki, Mehriban Qarayeva 1970-ci il martın 27-də Sumqayıt şəhərində anadan olub. 1992-ci ildə könüllü hərbi xidmətə gedib. Elə həmin il Sırxavənd (Ağdərə) kəndində itkin düşüb.

Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra Ağdərə rayonundan kütləvi məzarlıqda müəyyən edilərək ailəsinə təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: