Xocalı faciəsi zamanı itkin düşən Zibeydə Əhmədova Xocalıda dəfn olunub - FOTOLAR

A- A A+

Xocalı faciəsi zamanı itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki vətəndaş - şəhid Zibeydə Bədəl qızı Əhmədovanın nəşinin qalıqları 34 ildən sonra aşkar edilərək, bu gün Xocalı şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, 1938-ci il təvəllüdlü Zibeydə Əhmədova Xankəndi şəhərində doğulub. 1988-ci ildə Xankəndi şəhərindən məcburi köçkün düşərək Xocalı rayonunda məskunlaşıb. O, 1992-ci il fevralın 26-da Xocalı faciəsi zamanı itkin düşüb.

İşğaldan azad olunmuş ərazilərdə aparılan araşdırmalar zamanı onun meyitinin qalıqları Ağdərə rayonu ərazisində aşkar edilib. Müvafiq dövlət qurumları tərəfindən aparılan genetik ekspertiza və identifikasiya prosesindən sonra qalıqlar ailəsinə təhvil verilib.

Qeyd edək ki, şəhid Zibeydə Əhmədovanın dəfn mərasimində Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, şəhər sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin yaxınları iştirak ediblər.

Şəhidin tabutuna bükülən Azərbaycan bayrağı onun tək övladı olan oğlu Fəxrəddin Əhmədova təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: