Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb - FOTOLAR
Birinci Qarabağ müharibəsi dövründə - 32 il əvvəl itkin düşmüş hesab edilən şəhid Dadaşov Dadaş Şərif oğlunun nəşinin qalıqları Bərdə rayonunda dəfn olunub.
NUHÇIXAN xəbər verir ki, Bərdə rayonunun Mollaisalar kənd qəbiristanlığında keçirilən vida mərasimində Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon sakinləri iştirak edib.
Vida mərasimindən sonra Dadaş Dadaşovun nəşi torpağa tapşırılıb.
Qeyd edək ki, Dadaşov Dadaş Şərif oğlu 1972-ci ildə Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşüb.