Ötən il Azərbaycanda 3170 əkiz, 117 üçəm doğulub

A- A A+

Ötən il Azərbaycanda 3170 əkiz, 117 üçəm doğulub.

NUHÇIXAN xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin 2025-ci il yanvar-dekabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

Qeyd olunub ki, doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olub.

"2025-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 95875 doğulan körpə qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,0-dan 9,4-ə düşüb".

Bundan başqa, ötən il ölkədə 59 834 ölüm halı qeydə alınıb və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,8) qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: