Naxçıvanda Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə elan edilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tibb xidməti üzrə kadr korpusunun yüksək ixtisaslı mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədilə həkim (zabit) vəzifələrinə qulluğa qəbulla bağlı növbəti müsahibə elan edir.

Müsahibə vakant yerlər üzrə əsasən Nazirliyin Penitensiar xidmətinin Mühafizə taborunda və cəzaçəkmə müəssisələrində xidmət aparmaq üçün təşkil olunur.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsahibədə iştirak edə bilərlər.

Sənəd qəbulu 23 fevral 2026-cı il tarixdən 30 mart 2026-cı il tarixədək Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Nazirliyin inzibati binasında həyata keçiriləcək.

Müraciətlər elektron poçt vasitəsilə də qəbul olunur.

Əlaqə nömrəsi: (036) 545-00-69.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: