Naxçıvanda içməli su təchizatı və kanalizasiya şəbəkələri qurulacaq

A- A A+

Naxçıvan Muxtar Respublikasının beş rayonunun bir sıra kəndlərində içməli su təchizatı və kanalizasiya şəbəkələri qurulacaq.

NUHÇIXAN-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

Plana əsasən, Sədərək rayonunun Heydərabad qəsəbəsi, Qaraağac və Sədərək kəndləri, Kəngərli rayonunun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndi, həmçinin Kəngərli rayonunun Xok, Qabıllı, Qarabağlar və Yurdçu kəndlərində içməli su təchizatı şəbəkəsi qurulacaq.

Bundan başqa, Ordubad şəhəri üzrə içməli sutəmizləyici qurğunun bərpası, Babək şəhəri üzrə içməli sutəmizləyici qurğunun tikintisi nəzərdə tutulub.

Eyni zamanda, içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartezian quyularının qazılması və infrastrukturun təkmilləşdirilməsi həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: