Müdavimlər arıçılıq təsərrüfatında istehsalat təcrübəsi keçiblər

A- A A+

NUHÇIXAN xəbər verir ki, Şərur Texniki-Peşə və Sürücülük Məktəbində təhsil alan arıcı ixtisası üzrə  kursun müdavimləri Mahmudkənddə arıçılıq təsərrüfatında istehsalat təcrübəsi keçiblər.

Şərur Texniki-Peşə və Sürücülük Məktəbində bu günə qədər 3 arıçı qrupu açılıb və 67 müdavim bu qruplarda təhsil alaraq sertifikatla təmin olunub. Hazırda dördüncü arıçı qrupunda 22 müdavim təhsil alır. Dərslər həm nəzəri, həm də praktiki olaraq keçirilir. Kursda təhsil alanların  sırasında gənclər də var. İstehsalat təcrübəsində müdavimlərə yerli və ənənəvi arı cinslərinin yetişdirilməsi, onlara düzgün qulluq edilməsi, xəstəliklərə qarşı vaxtında mübarizə aparılması ilə əlaqədar məlumatlar verilir.

Məktəbdə bu peşənin sirlərini öyrənən 15 dən çox müdavim artıq özlərinin arıçılıq təsərrüfatını yaradıb. Təhsil alan müdavimlərdən 3-ü qadınlar olub.

Qeyd edək ki, son illər muxtar respublikada digər təsərrüfat sahələri kimi, arıçılığın inkişafına da qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq olunmuş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə arıçılara güzəştli kreditlərin verilməsi, onlarla maarifləndirici söhbətlərin aparılması yeni uğurların  qazanılmasına zəmin yaradır. 

Hər arı pətəyinə görə sahibkarlara subsidiyaların ödənilməsi, arı xəstəliklərinin qarşısının alınması məqsədilə pulsuz dərman preparatlarının verilməsi, hər il ənənəvi olaraq “Arıçılıq məhsulları-bal” festivalının keçirilməsi bu sahəyə olan marağı artırıb.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: