Xok kəndində “Polis-vətəndaş həmrəyliyi” mövzusunda növbəti tədbir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonunun Xok kəndində ictimaiyyət nüma­yən­də­lərinin, polis veteranlarının və ictimai şura üzvlərinin iştirakı ilə “Polis-vətəndaş həmrəyliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon Polis şöbəsinin rəisi vəzifəsini icra edən polis polkovnik leytenantı Nəsib İsmayılov tədbirin əhəmiyyəti barədə məlumat verib.

Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov bildirib ki, polis əməkdaşları muxtar respublikada, o cümlədən Kəngərli rayonunda ictimai asayişin və əmin-amanlığın qorunması istiqamətində fəaliyyətlərini davam etdirirlər.

Rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis kapitanı Abdulla Bayramov, İctimai Şura üzvü Səfər Qazıbəyov və rayon Polis şöbəsinin Veteranlar şurasının sədri Mehman Hüseynov mövzu ətrafında çıxış ediblər.

Sonda qeyd edilib ki, rayonda bundan sonra da polis-vətəndaş münasibətləri yüksək səviyyədə qorunacaq, vətəndaşların, rayon sakinlərinin rahatlığı, əmin-amanlığı üçün rayon Polis şöbəsi bütün imkanlarını səfərbər edəcəkdir. 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: