DGK 80 kiloqrama yaxın narkotikin İrandan Rusiyaya tranzitinin qarşısını alıb - FOTOLAR

A- A A+

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

NUHÇIXAN komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "kahı" yükü aparan nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsindən "kahı" formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 79 kiloqram 820 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: