Ötən sutka ərzində 2 yanğın hadisəsinə çıxış həyata keçirilib - FOTOLAR
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 2 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Belə ki, Şərur rayon Yengicə kəndində ot bağlamalarında, Ordubad rayonu Darkənd kəndində isə quru ot və kol-kos sahələrdə yanğın hadisələri baş verib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.