Ailə təsərrüfatçılarına pulsuz meyvə və meşə tingləri paylanılır

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni yaşıllıq zolaqları və meyvə bağları salmaq istəyən ailə təsərrüfatçılarına pulsuz meyvə və meşə tingləri verilir.

Yaradılan bu imkanlardan istifadə etmək istəyən şəxslər nazirliyə müraciət edərək müxtəlif meyvə tinglərini əldə edə bilərlər. Həmçinin əraziyə uyğun meyvə tinglərinin seçilməsində mütəxəssislər müraciət edən şəxlərə də köməklik edirlər .

30 ildi ailə təsərrüfatı ilə məşğul olan Culfa rayonunun Camaldın kənd sakini Natiq Məmmədov da yaradılan şəraitdən istifadə edərək 1,2  hektar sahədə 600 müxtəlif  meyvə tingi və 200 üzüm kolu salıb.  Sahibkar ailə təsərrüfatını daha da genişləndirərək 0.5 hektar əraziyə 100-ə yaxın badam və ərik tingi əkib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: