Təzə bişmiş çörəyin sağlamlıq üçün yarada biləcəyi beş problem

A- A A+

Təzə bişmiş ətirli çörək iştahanı açaraq onu ləngitmədən yeməyə məcbur edir. Lakin həkimlər xəbərdarlıq edirlər ki, bu, sağlamlıqla bağlı müəyyən problemlərə gətirib çıxara bilər.

NUHÇIXAN “Medikforum”a istinadla təzə bişmiş çörəyin hansı fəsadlar törədə biləcəyi barədə məlumatı diqqətinizə çatdırır.

Qida borusu xərçəngi. Ümumilikdə, təkcə təzə bişmiş çörəyi deyil, digər yeməkləri də yüksək temperatur səbəbindən dərhal yemək məsləhət deyil. İsti yemək və içkilər qida borusunda xərçəng şişlərinin əmələgəlmə riskini artırır. Əldə olunan elmi məlumatlarda isti yeməklərə və içkilərə meyil, habelə onların müntəzəm qəbulu həmin riski 8 dəfə artırır.

Mikrofloranın qıcqırması və zədəsi. Qida sahəsi mütəxəssislərinin sözlərinə görə, ağ undan hazırlanan təzə bişmiş çörək isti olmasa belə, mədə-bağırsaq traktının mikroflorasında çörək nişastası ilə qidalanan pis bakteriyaların fəallaşmasına gətirib çıxarır. Bu proses nəticəsində qıcqırma, həmçinin qarında köp və ağrılar, həzm traktında iltihab əmələ gəlir.

Depressiya. Təzə bişmiş yumşaq çörəyə istək ona gətirib çıxarır ki, orqanizm qida dəyəri olmayan, lakin həzm tələb edən bir çox maddələr alır. Nəticədə vacib mineral və vitaminlər orqanizmi tərk edir, yerini doldurma isə baş vermir. Həmin maddələrin çatışmazlığı çox vaxt depressiyanın əmələ gəlməsinə gətirib çıxarır.

Həzm üçün təhlükə. Təzə çörəyi qəbul edən zaman həzm traktında yumaqlar əmələ gəlir. Ekspertlər bildirirlər ki, xəmirin yapışması nəticəsində əmələ gələn bu yumaqlar həzmolunma prosesini ağırlaşdırır, həzm yolundan çətin keçir, mədədə isə həzm fermentlərinin təsirinə təslim olmurlar. Bütün bunlar həzm prosesinin dayanmasına və bağırsaq keçməzliyinə səbəb ola bilər.

Artıq çəki. Həkimlər xəbərdar edirlər ki, təzə bişmiş çörəkdəki maya göbələkləri xüsusən bel nahiyəsində piy yığınlarının əmələ gəlməsinə şərait yaradır. Çörəkdən təkcə az istifadə etmək deyil, həmçinin mayasız və digər sintetik əlavələrsiz tam buğda çörəyinə üstünlük vermək lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: