MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

A- A A+

Milli Məclis icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsinin 1 il uzadılmasını qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

Dəyişiklik layihəsinə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: