Naxçıvanda dövlət satınalmaları mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Naxçıvanda dövlət satınalamaları mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, eləcə də dövlət orqanları əmkdaşlarının iştirak etdiyi tədbirdə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev çıxış edərək bildirib ki, dövlət satınalmaları sahəsində həyata keçirilən islahatlar prezident cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş uzunmüdətli inkişaf konsepsiyasının ayrılmaz tərkib hissəsidir. Son illər dövlət satınalmaları sahəsində qanunvericilik bazası müasirləşdirilərək noramtiv hüquqi mexanizmlər təkmilləşdirilib, elektron satınalma sisteminin tətbiqi genişləndirilərək institutosional nəzarət daha da gücləndirlib. Eyni zamanda elektron satınalma platformalarının tədbiqi prosedurların operativliyini və əlçatanlığını artırmaqla yanaşı, şəffalıq və hesabatlılıq səviyyəsini yüksəldərək bütün sahibkarlıq subyektləri üçün bərabər rəqabət mühiti formalşdırıb.

Baş nazir qeyd edib ki, satınalma sistemində institutsional möhkəmləndirmə gücləndirilərək prosedurların keyfiyyəti yüksəldilib, əsassız nəğdlərin sayı azaldılıb, şəfaflıq səviyyəsi əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında ümumilikdə 1463 satınalma proseduru üzrə 305,4 milyon manat məbləğində satınalma həyata keçirilib. Satınalma metodları üzrə təhlillər göstərir ki, açıq tender üsulu ilə 282 satınalma üzrə 248,6 milyon manat, kotirovka sorğusu üsulu ilə 813 satınalma üzrə 14,6 milyon manat, 368 halda bir mənbədən satınalma üzrə 42,2 milyon manat məbləğində vəsait sərf olunub. Ləğv edilən müsabiqələrə də nəzər yetirən baş nazir diqqətə çatdırıb ki, 2024-cü illə müqaisədə ötən il ləğv edilən satınalmalar 73,5 milyon manat təşkil edib. Yetərsay iştirak olmaması səbəbindən ləvğ edilən satınalmarın sayı 33, məbləğində isə 51 faiz azalma qeydə alınıb. İddiaçıların şərtlərə uyğunsuzluğu ləğvlərinin sayında 74, məbləğində isə 70 faiz azlama baş verib. Bu da təsisatçıların peşəkarılıq səviyyəsinin yüksəldiyini göstərir. Satınalan təşkilatların nöqsanları səbəbindən ləvğlərin sayında 93, məbləğində isə 73 faiz azalma müşahidə olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib ki, 2024-cü ildən “Dövlət satınalmaları haqqında” yeni Qanunun tətbiqi iqtisadi münasibətlərdə şəffaflığı və rəqabəti artırmaqla yanaşı, yerli sahibkarlıq subyektlərinin bazara çıxış imkanlarını da genişləndirib. 2025-ci ildə ölkədə 19 min dövlət satınalma proseduru keçirilib. Satınalmaların ümumi maliyyə həcmi 10,8 milyard manat olub. Bu isə əvvəlki il ilə müqayisədə 10 faizədək artım deməkdir. Ötən il müsabiqələr üzrə orta iştirakçı sayının 3.5 olması isə rəqabətli mühitin gücləndiyini və sahibkarlıq subyektlərinin satınalma proseslərinə marağının artdığını göstərir.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın Təfsilatlı Tədbirlər Planı çərçivəsində agentlik tərəfindən həyata keçirilən tədbirlərə də nəzər salan agentliyin sədri vurğulayıb ki, dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası ilə bağlı təkliflər hazırlanıb və müzakirələr aparılıb. Eyni zamanda, 2023-cü il ərzində satınalma sahəsində şəffaflığın və peşəkarlığın artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşları və satınalan təşkilatlar üçün təlimlər keçirilib, portalın istifadəsi, eləcə də yeni qanunun tətbiqi üzrə praktiki izahlar verilib. Görülmüş bu tədbirlər nəticəsində 2024-cü ildən etibarən muxtar respublikada həyata keçirilən bütün elektron dövlət satınalmalarının vahid platforma üzərindən icrası tam təmin olunub.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əməkdaşı tərəfindən yeni satınalama qaydaları ilə bağlı təlim keçirlib. İştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: