İlk elmi-praktik konfransa yekun vurulub

A- A A+

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NUHÇIXAN-a verilən məlumata görə ali təhsil ocağında keçirilən “Ümumi təhsildə kurikulum islahatları: nəticələr, reallıqlar və perspektivlər” adlıiki günlük elmi-praktik konfrans bu gün bölmələrdə işini davam etdirib.  Aktuallıq və əhəmiyyətini, habelə əhatə dairəsinin genişliyini nəzərə alaraq bu elmi tədbir yeddi bölmədə keçirilib. Naxçıvan Müəllimlər İnstitutun professor-müəllim heyətinin əksər üzvləri və mütəxəssisləri, habelə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin nümayəndələri və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərin müəllimləri uyğun bölmələrdə öz məruzələri ilə çıxışlar ediblər. “Ümumi təhsildə kurikulum islahatlarının konseptual məsələləri”, “Şəxsiyyətyönümlükurikulumların tətbiqi”, “Kurikulum islahatlarında qiymətləndirmə məsələləri”, “Müasir təlim metodları”, “Təbiət fənləri və müasir təlim texnologiyaları” və “Humanitar fənlər və müasir təlim texnologiyaları” adlanan bölmə iclaslarında yüzdən artıq məruzələr dinlənilib. Bölmə iclaslarında edilən məruzələr elektron lövhə və digər İKT vasitələriilətəqdim edilib.

Ümumi təhsildə kurikulumislahatlarındangözləntilər, əldə olunan nəticələr, real vəziyyət və perspektivlərinmüəyyənləşdirilməsi üçün işgüzar müzakirələr keçirilib. Canlı diskussiyalar zamanı maraqlı  suallar cavablandırılıb, elmi nəticə və tövsiyələr işlənərək hazırlanıb.

Bölmə iclaslarından sonra konfransın yekun iclası olub.

Yekun iclasda bölmə rəhbərləri görülmüş işlərə dair hesabat veriblər. Aid bölmələrin hazırladıqları elmi mülahizə, təklif və tövsiyələri səsləndirilib. Konfrans mareriallarının nəşr olunması qərara alınıb.

Sonda Müəllimlər İnstitutunun rektoru tərəfindən konfransda iştirak  və məruzələrlə çıxış edən şəxslərə sertifikatlar verilib. Bununla da  2 günlük elmi-praktik konfrans öz işini başa vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: